Rusiyada qüvvəyə minən yeni qərara əsasən, Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücüləri artıq Rusiya ərazisində 180 günədək qala biləcəklər.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, Rusiyaya daxil olmaq və ölkə ərazisində 180 gün qalmaq istəyən Gürcüstan və MDB ölkələrindən olan yük maşını sürücüləri müvafiq elektron ərizə təqdim etməlidirlər.
Elektron müraciətdə Rusiyaya giriş və ölkədə qalma səbəbi, həmçinin pasportun və peşə fəaliyyətini təsdiq edən sənədlərin surətləri göstərilməlidir.
Qeyd edək ki, Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücülərinin Rusiyada müvəqqəti qalma müddətinin 180 günədək uzadılması barədə qərar Rusiya Baş naziri Mixail Mişustin tərəfindən 27 aprel tarixində imzalanıb.
Sözügedən qərar 30 iyun tarixindən etibarən qüvvəyə minib.
Gülşən Şərif
Bakı 



