"Qəbul edilən qərar şagirdlərin məktəbə telefon gətirməsinin qadağan olunması ilə bağlı deyil".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, məhdudiyyət yalnız dərs vaxtı mobil telefonlardan istifadəyə aiddir.
Emin Əmrullayev qeyd edib ki, dərs zamanı şagirdlərin telefondan istifadə etməsi tədris prosesinə mane olur:
“Söhbət telefonun özündən yox, dərs vaxtı istifadəsindən gedir”.
O vurğulayıb ki, məqsəd şagirdlərin diqqətinin dərsə yönəldilməsi və tədris prosesinin daha səmərəli təşkili üçün vahid qaydaların tətbiq edilməsidir.
Zeynəb Rzayeva
Bakı 



