• Bakı 23° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

MULTİMEDİA

30 Iyun 2026 | 21:36

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videoları öz maraq dairələrinə uyğun daha dəqiq tənzimləyə biləcəklər.

Yeni funksiyalardan biri tövsiyələr bölməsinə xüsusi mətn daxil etməyə imkan verəcək. İstifadəçilər alqoritmə hansı mövzular üzrə daha çox video görmək istədiklərini yaza biləcəklər.

Bundan əlavə, "Reels" üçün videoları qiymətləndirməyə imkan verən xüsusi düymələr də əlavə olunacaq. Bu seçimlər istifadəçinin gələcəkdə oxşar məzmunu görüb-görməyəcəyini müəyyənləşdirməyə kömək edəcək.

Adam Mosseri qeyd edib ki, hazırda bu funksiyaların bir qismi sınaq mərhələsindədir və rəsmi istifadəyə verilənədək dəyişikliklər edilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR