• Bakı 24° C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

DÜNYA

15 Avqust 2026 | 19:57

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib.

Bakıvaxtı.az -ın verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb.

Məlumata görə, araşdırma zamanı İranda müəyyən şəxslərlə əlaqə yaratmaq, onlarla gizli əməkdaşlıq qurmaq, eləcə də ölkə daxilində və xaricində belə əlaqələr şəbəkəsi formalaşdırmaq cəhdlərini təsdiqlədiyi iddia olunan sənədlər götürülüb.

Nazirlik həmçinin bildirib ki, bu fəaliyyətlə bağlı müqavilələrin üzərində Fransanın İrandakı keçmiş səfirinin imzası var. Bununla belə, nazirlik müqavilələrin məzmununu açıqlamayıb və onların konkret olaraq hansı fəaliyyəti təsdiqlədiyini izah etməyib.

İran hakimiyyəti diplomatların hərəkətlərini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və belə fəaliyyətə yol verilməyəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026