• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zelenski Baş prokuroru vəzifəsindən AZAD ETDİ

DÜNYA

14 Sentyabr 2026 | 18:48 | Müəllif: Subhan Mahmudov

Zelenski Baş prokuroru vəzifəsindən AZAD ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Baş prokuroru Ruslan Kravçenkonu vəzifəsindən kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin rəsmi saytında dərc olunub.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, Baş prokuroru Ali Rada istefaya göndərməlidir və bu məsələ üzrə səsvermə sentyabrın 15-nə planlaşdırılmışdı. Lakin Zelenski hərbi vəziyyətin verdiyi genişləndirilmiş səlahiyyətlərdən istifadə edərək parlamentariləri qabaqlayıb. Sentyabrın 7-də istefa verdiyini elan edən Kravçenko bu addımı “siyasi qərar” adlandırsa da, korrupsiya sxemlərində iştirakını qətiyyətlə təkzib edib.

Ölkədən qaçdığı iddia edilən Baş prokuror hazırda xaricdə – beynəlxalq tərəfdaşları Ukraynanın antikorrupsiya sistemindəki real vəziyyət barədə məlumatlandırmaq üçün “xidməti ezamiyyətdə” olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Baş prokurorun ölkədən qaçmasından sonra xüsusi bəyanatla çıxış etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026