• Bakı 25° C

    13.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ucarda qəzada ölənlərdən birinin kimliyi BİLİNDİ - YENİLƏNİB

HADİSƏ

15 Avqust 2026 | 22:42

Ucarda qəzada ölənlərdən birinin kimliyi BİLİNDİ - YENİLƏNİB

Ucarda qəzada həyatlarını itirən hər iki şəxs "Ford"dakı şəxslər olub.
Bakıvaxtı.az
xəbər verir ki, ölənlərdən birinin kimliyi məlum olub. O, 1980-cı il təvəllüdlü Mirzəyev Elnur Elman oğludur. Mərhum məcburi köçkün kimi Mingəçevirdə qeydiyyatda olsa da, Gəncədə Qaz istismarı idarəsində çalışıb və orada yaşayıb.
Digər mərhumun isə kimliyi dəqiqləşdirilir. 
Deyilənə görə, hər iki şəxs Ağdam rayon sakinləridir, lakin Mingəçevirdə yaşayırlar. 

22:06

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki,  hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR