Amerikalı məşhur müğənni və aktrisa Selena Qomez “Wondermind Global” ruhi sağlamlıq platformasına dair saxtakarlıq iddiası ilə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı Selena platformanı anası Mendi Tifi və iş adamı Daniella Pierson ilə birlikdə qurub.
Şirkətə sərmayə qoyan beş investor məhkəməyə müraciət edərək, Qomez və digər təsisçilərin platformanın gələcək fəaliyyəti barədə onları yanıltmaqda ittiham edib.
Onlar bildiriblər ki, investisiya mərhələsində onlara reklam əməkdaşlıqları, məşhurların iştirakı ilə xüsusi məzmunlar və mobil tətbiq kimi layihələrin həyata keçiriləcəyi barədə məlumat verilib. Məlumata görə, bu vədlər gözlənilən şəkildə reallaşmayıb.
İnvestorlar həmçinin Selena Qomezin şirkətin brendini fəal şəkildə tanıtmaq öhdəliyini yerinə yetirmədiyini iddia edirlər.
Məhkəməyə müraciət edən beş investor yatırdıqları ümumilikdə təxminən 1,2 milyon dolların geri qaytarılmasını və dəymiş zərərə görə əlavə kompensasiya ödənilməsini tələb edir.
Bakı 



