• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

İsrail ordusu "Hizbullah"ın obyektlərini vurub, 11 nəfər ölüb

DÜNYA

15 Avqust 2026 | 18:06

İsrail ordusu Hizbullahın obyektlərini vurub, 11 nəfər ölüb

İsrail Müdafiə Ordusunun Livanın cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna endirdiyi zərbə nəticəsində 11 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Livan mediasına istinadən məlumat yayıb.

Endirilən zərbələr nəticəsində Deyr-əz-Zəhrani şəhərində dörd, Ənsar şəhərində isə yeddi nəfər ölüb, üç nəfər yaralanıb.

Qəzet qeyd edib ki, İsrail Müdafiə Ordusu hələlik bu zərbəni şərh etməyib, lakin daha əvvəl İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq qruplaşmanın obyektlərinə zərbələr endirildiyini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026