• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İtkin düşən vəkil meşədə ölü tapıldı - FOTO

HADİSƏ

15 Avqust 2026 | 23:16 | Müəllif: Ayyət Əhməd

İtkin düşən vəkil meşədə ölü tapıldı - FOTO

Leninqrad vilayətində avqustun 10-da itkin düşən vəkil Şamil Axayev ölü tapılıb.

Bakıvaxtı.az “Baza”ya istinadən xəbər verir ki, Axayevin meyiti beş gün davam edən axtarışlardan sonra meşəlik ərazidə aşkarlanıb.

Meyitdə boğulma izlərinin olduğu bildirilir.

Vəkil Şamil Axayev avqustun 10-da itkin düşüb. Həmin gün o, Repino qəsəbəsinə gedərək dostu ilə restoranda görüşməyi planlaşdırıb. Bir neçə saat sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Restoran əməkdaşları Axayevin yaxınlarına onun həmin məkana gəlmədiyini bildiriblər.

Yaxınlarının sözlərinə görə, Axayev peşə fəaliyyəti ilə əlaqədar ona təhdidlər gəldiyini deyib. Son vaxtlar o, izlənilməkdən ehtiyat etdiyi üçün çatdırılma xidmətlərindən istifadə etməyib, taksi sifarişlərini isə oğlunun telefonundan verib.

Şamil Axayev Sankt-Peterburq vəkili olub. O, bir sıra digər böyük cinayət işləri də daxil olmaqla, geniş rezonans doğuran məhkəmə proseslərində iştirakı ilə ictimaiyyət arasında tanınıb. Hadisənin dəqiq səbəbləri və vəkilin ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.

 


İtkin düşən vəkil meşədə ölü tapıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026