Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilən Reyhan Məhəmmədova dünyasını dəyişib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü Reyhan Məhəmmədova bu gün vəfat edib. Onun qəzada yaralanan oğlunun müalicəsi isə davam etdirilir.

















