Bakıda “28 May”–“Nizami” metro xəttində aparılacaq təmir işləri ilə əlaqədar adıçəkilən stansiyaların yanında yerləşən bəzi məktəblərdə hibrid təhsil sisteminə keçilməsi məsələsinin müzakirə edildiyi iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, metroda sözügedən iki stansiya arasında sərnişindaşımanın təxminən 10-11 ay müddətinə dayandırılması planlaşdırılır. Bu müddətdə əlavə ekspres avtobus marşrutlarının istifadəyə verilməsi və bir sıra mövcud xətlərdə avtobus sayının artırılması nəzərdə tutulur.
İddialara görə, xüsusilə “28 May”–“Nizami” istiqamətində yerləşən və metrodan geniş istifadə edən şagirdlərin təhsil aldığı bəzi məktəblərdə nəqliyyat sıxlığının yaratdığı çətinliklərin qarşısını almaq üçün dərslərin müəyyən günlərdə onlayn keçirilməsi variantı nəzərdən keçirilə bilər.
Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir.
Murad İsmayıl
Bakı 



