• Bakı 26° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var

HADİSƏ

15 Avqust 2026 | 09:39

Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, BMV, "Hunday" markalı iki avtomobil, habelə "Opel", "Toyota" və "Kia" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisəyə BMV markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMV əvvəlcə "Opel" markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarında dayanan digər avtomobillərə çırpılıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda onların sayı dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbi və təfərrüatlar araşdırılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026