• Bakı 24° C

    10.85 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı

İDMAN

14 Avqust 2026 | 22:00

Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı

Ekvadorda keçirilən narkotik əməliyyatı zamanı 469 kiloqram kokain ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat Kolumbiya ilə sərhədə yaxın Tulkan şəhəri ətrafında baş tutub. Polis anonim məlumat əsasında Panamerika magistralında şübhəli yük avtomobilini saxlayıb.

Avtomobildə aparılan axtarış zamanı döşəmənin altında xüsusi hazırlanmış gizli bölmə aşkarlanıb. Buradan ümumilikdə 370 bağlamaya qablaşdırılmış 469 kiloqram kokain götürülüb.

Polisin əməliyyatdan sonra yaydığı görüntülərdə narkotik bağlamalarının üzərində “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandın fotosunun olduğu görünür. Futbolçunun şəklinin paketlərdə hansı səbəbdən istifadə edildiyi barədə rəsmi açıqlama verilməyib.

Məlumata görə, qaçaqmalçılar müxtəlif partiyaları bir-birindən fərqləndirmək, yükün hansı qrupa və ya alıcıya məxsus olduğunu göstərmək üçün bağlamaların üzərinə fərqli işarələr və məşhur şəxslərin fotolarını yerləşdiriblər. Daha əvvəl Lionel Messinin fotosu olan narkotik paketlərinin də aşkarlandığı bildirilir.

Əməliyyat zamanı avtomobilin sürücüsü, eləcə də Kolumbiya sənədləri daşıdığı bildirilən və adı Mariya R. kimi açıqlanan qadın saxlanılıb.

Hesablamalara görə, ələ keçirilən kokainin Ekvadordakı dəyəri təxminən 842 min dollardır. Ekvador Cənubi Amerikadan ABŞ və Avropaya narkotik daşınmasında əsas tranzit ölkələrdən biri hesab olunur. Rəsmi məlumatlara görə, ölkədə bu ilin ilk yarısında təxminən 80 ton narkotik vasitə ələ keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR