• Bakı 24° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Tanınmış blogerdən Paşinyana: "Burnunuzu kilsə işlərinə soxmayın"

DÜNYA

14 Avqust 2026 | 23:05

Tanınmış blogerdən Paşinyana: Burnunuzu kilsə işlərinə soxmayın

Tanınmış rusiyalı bloger Artemi Lebedev Ermənistanın Baş naziri Nikol Paşinyana məsləhət verib.

Bakıvaxtı.az xəbər verir ki, Lebedev Erməni Apostol Kilsəsi  ilə uzunmüddətli münaqişəsi fonunda məsləhətindən qalmayıb.

"Sadəcə hökumətinizin burnunu kilsə işlərinə soxmamalısınız", - deyə Lebedev Ermənistanın baş nazirinə bütün ermənilərin katolikosu II Qareginin Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanı vəzifəyə bərpa etməkdən imtina etməsi ilə bağlı xəbəri şərh edərkən deyib.

Onun fikrincə, Paşinyan kilsə ilə münaqişə zamanı "tamamilə dəli olub".

Erməni Apostol Kilsəsi dəfələrlə Paşinyan hökumətinin qərarlarını tənqid edib. Baş nazir öz növbəsində bildirib ki, Erməni Kilsəsində kanonlara zidd olan əmlak və vəzifə mirası sistemi hazırlanır. O, həmçinin II Qaregini subaylıq andını pozmaqda ittiham edərək istefa verməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026