Belarus Ukrayna ilə sərhəd yaxınlığında yeni hərbi bölmələr yerləşdirməyə davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi Belarusun hərbi fəaliyyətini izləməyə və bununla əlaqəli riskləri qiymətləndirməyə davam edir.
"Minsk Ukrayna sərhədi yaxınlığında hərbi mövcudluğunu artırır, lakin orada yerləşən qüvvələr hələlik birbaşa təhlükə yaratmayıb" - Demeçenko qeyd edib.
Ukrayna Dövlət Sərhəd Xidməti həmçinin qeyd edib ki, 2022-ci ildən bəri Belarus hakimiyyəti Ukraynadan gələn mövcud təhlükə ilə bağlı açıqlamalardan öz hərbi imkanlarını gücləndirmək və sərhədə yeni bölmələr yerləşdirmək üçün istifadə edir.
Bakı 



