• Bakı 24° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Konqoda Ebola virusu ilə bağlı vəziyyət ağırlaşır

DÜNYA

14 Avqust 2026 | 21:03

Konqoda Ebola virusu ilə bağlı vəziyyət ağırlaşır

Konqo Demokratik Respublikasında Ebola virusu altıncı əyalətə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian”ın məlumatında qeyd olunub.

Ölkə rəsmilərinin sözlərinə görə, epidemiya Konqo Demokratik Respublikasının 26 əyalətindən altısına yayılıb. Yoluxma hallarının 3 400-dən çoxu epidemiyanın ilk dəfə qeydə alındığı İturi əyalətində aşkarlanıb.

Məlumata görə, hökumətin çərşənbə axşamı açıqladığı son məlumatlara əsasən, hazırkı epidemiya zamanı 4 500-dən çox yoluxma halı qeydə alınıb və 2 100-dən çox insan ölüb. 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş epidemiyanın eyni mərhələsində isə 755 yoluxma halı qeydə alınıb.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Jan Kaseya bildirib ki, əvvəllər virusun yayılmadığı Bas-Uele əyalətində bir nəfər ölüb. Onun sözlərinə görə, həmin şəxs Haut-Uele əyalətinin İsiro şəhərindən Bas-Uelenin inzibati mərkəzi Butaya gedib və burada ölüb.

Hazırda virusun epidemiyaya səbəb olan nadir Bundibugyo ştammına qarşı təsdiqlənmiş peyvənd və ya müalicə vasitəsi yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, hazırkı epidemiya indiyədək ən ölümcül Ebola epidemiyasını geridə qoya bilər.

Epidemiyanın real miqyası hələ məlum deyil. ÜST bildirib ki, epidemiya mayın 15-də elan edilsə də, genetik analizlər onun fevral ayında başladığını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR