• Bakı 26° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

“Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı

İDMAN

15 Avqust 2026 | 09:44

“Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı

Misli Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq.

“Araz-Naxçıvan” “İmişli” ilə qarşılaşacaq. Qəbələdəki oyunu Əliyar Ağayev idarə edəcək.

Son çempion “Sabah” isə ilk turda “Kəpəz”I qəbul edəcək. Görüşün baş hakimi Fərid Hacıyev olacaq.

Mövsümün açılış oyununda “Turan Tovuz” evdə “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlib.Qalan oyunlar sabah və birigün keçiriləcək.

Misli Premyer Liqası
1-ci tur
15 avqust

“Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 18:30

“Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 20:45


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026