• Bakı 24° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı

DÜNYA

14 Avqust 2026 | 23:36

Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı

Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nəfər təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Polsat" telekanalı məlumat yayıb.

Polis ərazidə 300-400 metr radiusda təhlükəsizlik zonası yaradıb. Yaxınlıqdakı sakinlərlə yanaşı, səkkiz ofis binasında çalışan şəxslər də təxliyə olunublar.

Aşkar edilən döyüş sursatlarının növü açıqlanmayıb. Onların 1944-cü ilin avqustunda başlayan Varşava üsyanından qaldığı ehtimal edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026