• Bakı 26° C

    10.98 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

DÜNYA

15 Avqust 2026 | 13:41

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyalar mərkəzi - "Proqres"ə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib.

Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.

Ukrayna ordusu Samaradakı "Proqres" mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.

“Soyuz-2” isə Rusiyanın “Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.

Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində “Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.

Bu aerodromda “MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026