ABŞ Dövlət Departamenti Azərbaycanın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş çərçivəsində tətbiq olunan yardım məhdudiyyətlərindən azad edilməsinin müddətinin uzadılması ilə bağlı Konqresi məlumatlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Departamenti bununla bağlı sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-ın Azərbaycana müəyyən yardım göstərməsini məhdudlaşdırır. Daha sonra, 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq imkanı verib.
Bu səlahiyyətdən istifadə edən ABŞ prezidentləri 907-ci düzəliş üzrə məhdudiyyətlərin dayandırılmasını hər il uzadaraq bu barədə Konqresə rəsmi məlumat təqdim edirlər.
Bakı 



