• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Səudiyyəyə hücumlarını pislədi

SİYASƏT

14 Sentyabr 2026 | 17:33 | Müəllif: Əli Hüseynov

Səudiyyəyə hücumlarını pislədi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Fars körfəzindəki tərəfdaşlarla həmrəy olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Mən husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyirəm. İran proksilərinin davamlı hücumları qarşısında Fars körfəzindəki tərəfdaşlarımızla həmrəyik", - fon der Lyayen yazıb.

O vurğulayıb ki, Avropa İttifaqı Hörmüz boğazı vasitəsilə təhlükəsiz və sərbəst gəmiçiliyin təmin edilməsi, eləcə də Yaxın Şərqdə sabitliyin qorunması üçün tərəfdaşlarla işləməyə davam edəcək.

"Bu, hamımız üçün vacibdir", - Avropa Komissiyasının rəhbəri əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026