• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qəzənfər Abdullayevin əmlak siyahısı GENİŞLƏNİR

SİYASƏT

14 Sentyabr 2026 | 16:48 | Müəllif: Əli Hüseynov

Qəzənfər Abdullayevin əmlak siyahısı GENİŞLƏNİR

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin əmlakları ilə bağlı yeni məlumatlar yayılıb.

Bakıvaxtı.az “Müsavat”a istinadən xəbər verir ki, bir müddət əvvəl Qəzənfər Abdullayevin təxminən 200 min manat dəyərində “Toyota Land Cruiser” avtomobili, Naxçıvan və Bakıda mənzilləri, Əlixan məhəlləsində üçmərtəbəli villası, “Moon” kafesi və digər əmlakları barədə məlumatlar dərc olunub.

Həmin materialda da açıqlanan siyahının tam olmadığı qeyd edilib.

Yeni məlumatlara görə, siyahıya Naxçıvan şəhərində, “Təbriz” otelinin yaxınlığında yerləşən “Zümrüd” kafesinin də əlavə olunduğu bildirilir.

İddialara əsasən, kafenin ətrafında yerləşən çoxsaylı kupe tipli çay evləri də həmin əmlak kompleksi ilə əlaqələndirilir.

Bundan başqa, daha əvvəl 75-RA-900 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” və Bakıda istifadə olunduğu bildirilən “Mercedes-Benz S-Class” avtomobili barədə məlumatlar yayılmışdı.

Yeni məlumatlarda isə daha iki avtomobilin Qəzənfər Abdullayevlə əlaqələndirildiyi iddia olunur:

“Mitsubishi L200” – 77-GZ-900;

“Chevrolet Malibu” – 75-GZ-900.

Beləliklə, yayılan məlumatlarda onun adı ilə əlaqələndirilən avtomobillərin sayı dördə çatır. Diqqət çəkən məqamlardan biri isə “Mitsubishi L200” və “Chevrolet Malibu”nun dövlət qeydiyyat nişanlarında eyni “GZ-900” kombinasiyasının olmasıdır.

Bununla yanaşı, yayılan məlumatlarda Qəzənfər Abdullayevin Naxçıvan şəhərində bahalı mənzili, Əlixan məhəlləsində üçmərtəbəli villası, “Yaşıl Ada” yaşayış kompleksində mənzili, “Moon” kafesi, Bakıda “Gənclik” metrosu yaxınlığında mənzili və digər əmlaklarının olduğu iddia edilir.

Yeni iddialarda isə bu siyahıya “Zümrüd” kafesi, onun ətrafındakı kupe tipli çay evləri və iki avtomobilin də əlavə olunduğu bildirilir.

Həmkarlar İttifaqlarının işçiləri ilə bağlı iddialar

Qəzənfər Abdullayevin əmlakları ilə bağlı məlumatların fonunda Həmkarlar İttifaqları sistemində çalışan işçilərlə bağlı da müxtəlif iddialar səsləndirilir.

Əldə olunan məlumatlara görə, bəzi işçilərin öz əmək funksiyalarına aid olmayan iməcilik və digər işlərə məcburi şəkildə cəlb edildiyi iddia olunur.

Bundan başqa, Duzdağ Müalicə Mərkəzində çalışan işçilərin əməkhaqlarının gecikdirilməsi, ağır əmək şəraiti və müxtəlif instansiyalara edilən şikayətlərin nəticəsiz qalması ilə bağlı da məlumatlar yayılıb.

Qeyd olunan iddiaların nə dərəcədə əsaslı olduğu və konkret hansı hallarla bağlı olduğu aidiyyəti qurumların araşdırmasından sonra müəyyənləşə bilər.

Bakıvaxtı.az olaraq məsələ ilə bağlı Qəzənfər Abdullayevin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mövqeyini dərc etməyə hazırıq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR