• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!

SİYASƏT

14 Oktyabr 2026 | 15:51 | Müəllif: Əli Hüseynov

Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!

Jurnalistlərə qarşı kiberdələduzluq hallarının yeni üsullarla həyata keçirilməsi təhlükəsi diqqət çəkir. Tanınmış şəxslərin adından istifadə edən dələduzlar jurnalistlərlə əlaqə yaradaraq özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə xəbərdarlıq xarakterli məlumatda bildirilir.

Məlumata görə, kiberdələduzlar əvvəlcə jurnalistə mesaj yazaraq guya dövlət qurumlarından zəng ediləcəyini bildirirlər.

Daha sonra əlaqə saxlayan şəxs hədə-qorxu gəlməklə, qorxu və təzyiq yaratmaqla qanunsuz tələblər irəli sürməyə çalışır.

Bu cür hallarda əsas məqsəd jurnalistin etibarından sui-istifadə etmək, onu psixoloji təzyiq altında saxlamaq və müxtəlif yollarla aldatmaq ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR