• Bakı 26° C

    13.04 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Məşhur aktrisanın xərçəng bədəninə yayılıb - FOTO

ŞOU

15 Avqust 2026 | 14:37

Məşhur aktrisanın xərçəng bədəninə yayılıb - FOTO

"The Office" serialındakı Daun Tinsley obrazı ilə tanınan britaniyalı aktrisa Lüsi Devis səhhəti ilə bağlı ağır xəbəri açıqlayıb.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, 53 yaşlı aktrisa sosial şəbəkədə paylaşım edərək təxminən il yarım əvvəl ona dördüncü mərhələ süd vəzi xərçəngi diaqnozu qoyulduğunu bildirib.

Devis xəstəliyin artıq metastaz verdiyini, sümüklərinə, onurğasına, sağ bud nahiyəsinə və qabırğalarına yayıldığını açıqlayıb.

Aktrisa ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, nikbinliyini qorumağa çalışdığını bildirib. O, ailəsi və yaxınlarından ona xəstə insan kimi davranmamalarını xahiş etdiyini də deyib.

"Hazırda ən çox ehtiyacım olan şey yumordur", - deyə Lüsi Devis bildirib.

Aktrisanın xəstəliyini uzun müddət ictimaiyyətdən gizli saxladığı, yalnız indi bu barədə danışmaq qərarına gəldiyi məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026