Ukrayna Rusiyanın vurduğu zərəri ardıcıl şəkildə qeydə alır və təcavüzkar dövlətin sonda ödəməli olacağı tam hesabı hazırlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.
“Rusiya törətdiyi hər bir cinayətə görə ödəməli və təcavüzün nəticələrinin aradan qaldırılmasına xərclənən hər bir qrivnanı kompensasiya etməlidir”, – Budanov vurğulayıb.
Budanov xatırladıb ki, genişmiqyaslı işğalın başlanmasından bəri dövlət və yerli hakimiyyət orqanları insanların təxliyəsi, müvəqqəti yaşayışla təmin edilməsi, təcili tibbi yardım, reabilitasiya və dağıdılmış evlərə görə kompensasiyalar üçün əhəmiyyətli resurslar ayırıblar. Döyüşlər nəticəsində çirklənmiş ərazilərin minalardan təmizlənməsi də böyük maliyyə vəsaiti tələb edir.
Bakı 



