• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Asif Nəsirlinin qəbirüstü hazırlanıb

HADİSƏ

15 Avqust 2026 | 17:25 | Müəllif: Əli Hüseynov

Asif Nəsirlinin qəbirüstü hazırlanıb

Asif Nəsirlinin qəbirüstü abidəsi hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun məzarı üzərində qəbirüstü abidə quraşdırılıb.

Qeyd edək ki, Asif Akif oğlu Nəsirli həkim-radioloq, radiasiya onkoloqu olub. O, 1999–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2005–2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006–2008-ci illərdə isə kliniki ordinatura keçib.

Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasiya onkoloqu kimi fəaliyyət göstərib. Onun əsas fəaliyyət istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən bərk şişlərin və onkohematoloji xəstəliklərin şüa terapiyası olub. Həkimin 9 elmi nəşri də dərc olunub.

O, 30 aprel 2026-cı ildə Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı ağır xəsarət alıb. Hadisə nəticəsində ağır yaralanan Asif Nəsirli xəstəxanaya yerləşdirilib.

Asif Nəsirli 5 may 2026-cı ildə, saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib. O, 7 may 2026-cı ildə dəfn olunub.

Hazırda mərhum həkimin məzarı üzərində qəbirüstü abidə quraşdırılıb.

Görüntüləri təqdim edirik.

Murad İsmayıl


Asif Nəsirlinin qəbirüstü hazırlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026