• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Bu gün Bakının 556 küçəsi yuyuldu 

CƏMİYYƏT

15 Avqust 2026 | 17:51 | Müəllif: Əli Hüseynov

Bu gün Bakının 556 küçəsi yuyuldu

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə təmizliklə bağlı genişmiqyaslı ümumçəhər daxili iməcliyi keçirilib.

BŞİH-dən Bakıvaxtı.az-a bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 556 əsas küçə və prospektləri bitki və canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub.

İməclik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş istifadə edilir və heç bir təhlükəsi yoxdur. Eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Eyni zamanda, paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metrostansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında açıq hava konsertləri keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026