• Bakı 12° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Premyer Liqa: "Sabah" evdə "Kəpəz"i məğlub etdi

İDMAN

15 Avqust 2026 | 23:20 | Müəllif: Ayyət Əhməd

Premyer Liqa: "Sabah" evdə "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə isə Xander Severina "Sabah"ın ikinci qolunu vuraraq hesabı müəyyənləşdirib.

"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilən günün ilk oyununda isə qalib müəyyənləşməyib.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

İlk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026