• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Torres "Baraselona"dan PSJ-yə keçdi

İDMAN

15 Avqust 2026 | 19:23

Torres Baraselonadan PSJ-yə keçdi

İspaniya millisinin hücumçusu Ferran Torres “Barselona”dan PSJ-yə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Torres PSJ-də 9 nömrəli forma ilə çıxış edəcək.

Ferran Torres 2022-ci ilin yayından “Barselona”nın formasını geyinib. O, Kataloniya klubunun heyətində 207 oyuna çıxıb, 65 qol vurub və 23 məhsuldar ötürmə edib.

Hücumçu daha əvvəl “Mançester Siti” və “Valensiya” klublarında da çıxış edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.

Torres 2026-cı il dünya çempionatının finalında Argentina ilə oyunun əlavə vaxtında qələbə qolunu vuraraq İspaniyanın 1:0 hesablı qələbəsində əsas rol oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026