• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi

İDMAN

15 Avqust 2026 | 11:42 | Müəllif: Subhan Mahmudov

Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi

İtaliya milli komandasının sabiq futbolçusu Çiro İmmobile karyerasını başa vurub.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki,  son olaraq Fransanın "Paris" klubunun formasını geyinən hücumçu 36 yaşında futbolla vidalaşıb. Onun Parisin eyniadlı təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, komandanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, Çiro İmmobile karyerası ərzində "Latsio", "Borussiya Dortmund", "Yuventus", "Beşiktaş", "Sevilya", "Torino", "Cenoa", "Bolonya", "Peskara", "Qrosseto" və "Siena" komandalarının da şərəfini qoruyub.

Veteran hücumçu 4 dəfə İtaliya A Seriyasının bombardiri olub, Avro-2020-də yığma ilə qızıl medal qazanıb. İmmobile "Latsio"nun tarixinin ən sərrast futbolçusudur.

O, 2020-ci ildə "Qızıl butts" mükafatına da layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026