İrəvanda bu gün 03:40 radələrində ağır yol qəzası baş verib.
Bakıvaxtı.az ermənii mətbuatına istinadən xəbər verir ki, hadisə Arabkir Polis Şöbəsinin yaxınlığında qeydə alınıb. “Tesla” və “Kia” markalı avtomobillər toqquşub.
Toqquşmadan sonra “Tesla” yoldan çıxaraq beton bordürlərə, metal hasara və qəza terminalına çırpılıb.Ərazidə park edilmiş “Mercedes” markalı avtomobil də zədələnib.
Məlumata görə, “Tesla”nı idarə edən şəxs prokuror olub.
Qəza nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.
Bakı 



