• Bakı 24° C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Yeniyetmə ChatGPT ilə ünsiyyət edib, ailəsini ÖLDÜRÜB?

HADİSƏ

15 Avqust 2026 | 21:44

Yeniyetmə ChatGPT ilə ünsiyyət edib, ailəsini ÖLDÜRÜB?

ABŞ-də 17 yaşlı yeniyetmə ChatGPT vasitəsilə ailəsinin qətlini modelləşdirərək, anasını və qardaşını öldürməkdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "The Guardian" yazıb.

İstintaqın məlumatına görə, yeniyetmə ailə üzvlərinin öldürülməsi ssenarilərini işləyib hazırladığı uydurma qotik hekayələr yaratmaq üçün ChatGPT-dən istifadə edib. O, personajlar yaradaraq müxtəlif hadisələr fonunda nələrin baş verəcəyini soruşub.

Qısa müddət sonra onun 45 yaşlı anası və 14 yaşlı qardaşı Massaçusets ştatındakı evlərində üzərlərində zorakılıq əlamətləri ilə ölü tapılıblar. Yeniyetmə evdən təxminən 20 kilometr aralıda anasına məxsus avtomobillə qaçmağa cəhd edərkən saxlanılıb.

Ona iki qətl epizodu və bir sıra digər cinayətlər üzrə ittiham irəli sürülüb. Yeniyetmə təqsirini qəbul etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026