Türkiyənin Manisa vilayətinin Salihli rayonunda yerləşən sənaye zonasında fəaliyyət göstərən oksigen balonlarının doldurulması məntəqəsində güclü partlayış baş verib.
Bakıvaxtı.az bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Ətrafdakıların məlumatı əsasında hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb edilib.
Qəza nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.
Partlayışdan sonra müəssisənin ərazisindən səmaya qatı tüstü qalxıb.
"Vilayətimizin Salihli rayonunun Atatürk məhəlləsində fəaliyyət göstərən Kavas Oksigen Doldurma məntəqəsində 15.08.2026-cı il tarixində saat 08:27 radələrində baş verən yanğına dərhal ilkin müdaxilə edilib. Hazırda 4 müdaxilə qrupu, 6 yanğınsöndürmə briqadası, 6 təcili tibbi yardım briqadası, 6 asayiş patrul qrupu və 1 axtarış-xilasetmə qrupu ilə alovun söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə Manisa Valiliyinin açıqlamasında bildirilib./Trend
Bakı 



