• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub - YENİLƏNİB

İDMAN

15 Avqust 2026 | 18:24

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub - YENİLƏNİB

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

14:57

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.

Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026