• Bakı 26° C

    10.98 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ceff Bezos “Liverpul”un sahibi oldu

İDMAN

15 Avqust 2026 | 14:00

Ceff Bezos “Liverpul”un sahibi oldu

İngiltərənin "Liverpul" futbol klubunun əsas sahibi "Fenway Sports Group" (FSG) klubun səhmlərinin bir hissəsinin satışı ilə bağlı "1892 Holdings" şirkəti ilə razılığa gəlib.

Bakıvaxtı.az milli.az-a istinadla xəbər verir ki, bu barədə "Liverpul"un mətbuat xidməti məlumat yayıb.

Razılaşma klubun səhmlərinin 30 faizinin satışını nəzərdə tutur. Sövdələşmənin ümumi dəyərinin 1,65 milyard funt sterlinq (2,23 milyard dollar) olduğu bildirilir.

"1892 Holdings" şirkətinin əsas investorlarından biri "Amazon"un təsisçisi və milyarder Ceff Bezosdur.

Hazırda "Liverpul"un ümumi bazar dəyəri 6 milyard dollardan çox qiymətləndirilir.

Qeyd edək ki, Ceff Bezos 271,4 milyard dollar sərvətlə "Forbes"in dünyanın ən varlı insanları siyahısında üçüncü pillədə qərarlaşıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026