• Bakı 26° C

    13.04 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ustalar tikinti işi apararkən xəzinə tapdılar

DÜNYA

15 Avqust 2026 | 15:21

Ustalar tikinti işi apararkən xəzinə tapdılar

Belçikada adi bir təmir gözlənilmədən macəra filminin süjetinə çevrilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, tikinti işçiləri yeni kanalizasiya sistemi quraşdırarkən 10 milyon dollardan çox dəyərində bir xəzinə ilə qarşılaşıblar

18 yaşlı tələbə və işçi Kobe yerli VRT nəşrinə verdiyi müsahibəsində bildirib ki, qızılı görəndə hər kəs təəccüblənib. 

Məlumata görə, komanda Brüsseldən təxminən 40 dəqiqəlik məsafədə yerləşən Sint-Gillis-Dendermonde Flamand icmasında bir binanı təmir edirmiş. 

Kobe xatırlayır ki, işçilər borular quraşdırmaq üçün köhnə təməli sökərkən "birdən yerdə bir şeyin olduğunu görüblər". 

Əvvəlcə işçilər adi bir avroluq sikkələrə baxdıqlarını düşünüblər, lakin qızıl külçəsini görən kimi tez bir zamanda səhvlərini başa düşüblər.

Ümumilikdə, tapılan külçə və sikkələrin dəyəri təxminən 9 milyon avrodur (təxminən 10,4 milyon dollar). Lakin onların bu sevinci çox çəkməyib, komanda qiymətli metalı polisə təhvil verməyə məcbur olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026