• Bakı 25° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir

CƏMİYYƏT

30 Iyun 2026 | 15:55

Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR