• Bakı 26° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

CƏMİYYƏT

30 Iyul 2026 | 15:19

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

"Biletim.az" portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqdə funksionallıq artırılaraq bəzi yeniliklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, artıq "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən istifadəçiyə şəxsiyyət vəsiqəsi məlumatlarını (fin kod və seriya nömrəsi) daxil etməyə ehtiyac qalmır. Sərnişinlər, sadəcə, sənədi telefonla skan edərək şəxsi məlumatlarını daha sürətli formada doldura bilərlər.  
Yeni funksiya bilet alışını daha sürətli həyata keçirməyə imkanı yaradır.

Tətbiqdə digər bir yenilik xəritə və dayanacaqlar bölmələrində edilib. Xəritə bölməsində aparılan təkmilləşdirmə işləri nəticəsində sərnişinlər marşrutlar üzrə avtobusların faktiki yeri, son təyinat məntəqəsinə çatma vaxtı və digər məlumatları əldə edə biləcəklər. Dayanacaqlar bölməsindən isə avtobuslara minik yerlərinin ünvanını, əlaqə nömrəsini öyrənmək mümkün olacaq.

Xatırladaq ki, daha əvvəl istifadəçilərə "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. Buna qədər portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.

Qeyd edək ki, hazırda "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026