• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlk dəfə Azərbaycanda: "Kalkınma Elçiləri" Bakıda və bölgələrdə

SİYASƏT

30 Iyul 2026 | 10:35 | Müəllif: Zeynəb Rzayeva

İlk dəfə Azərbaycanda: "Kalkınma Elçiləri" Bakıda və bölgələrdə

Türkiyənin Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA)⁠ tərəfindən həyata keçirilən "Kalkınma Elçiləri" könüllülük və inkişaf proqramının üzvləri Azərbaycanda səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, proqramın məqsədi  universitet tələbələrinə beynəlxalq inkişaf əməkdaşlığı sahəsində nəzəri və praktiki təcrübə qazandırmaqdır. Proqram iştirakçılarının ilk səfəri Azərbaycana olub. Bu məqsədlə Türk Şəhidliyini ziyarət edən Kalkınma Elçiləri ölkəmizdə keçirdikləri  gördüşlər barədə məlumat veriblər.

TİKA Bakı koordinatoru Mahmud Ağırman bildirib ki, Kalkınma Elçiləri dünyanın fərqli ölkələrinə səfərlər təşkil edəcəklər:

"İlk belə səfər Azərbaycandan başladı. Bunun rəmzi mənası da var. Onlar ilk dəfə Azərbaycana gəliblər, çünki 1918- ci ildə Nuri Pasanın gəldiyi Azərbaycana onun izi ilə gəlmək çox vacib idi".

Babalarının, Nuri Paşanın izindən Azərbaycana gələn tələblər bölgələrdə müxtəlif görüşlər keçiriblər:

"Son görüşlərini burada keçirirlər. Çox gözəl, təmiz bir ölkə gördük, Azərbaycan hər gün inkişaf edir",

"Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq davam edir, iki dövlət, bir millət olaraq əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək", - deyə Mahmud Ağırman vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026