Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib. Müvafiq sərəncam dövlət başçısı tərəfindən iyulun 28-də imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Elxan Cahangir oğlu Qəhrəman bundan sonra Azərbaycanın Tacikistandakı diplomatik missiyasına rəhbərlik edəcək.
Elxan Qəhrəman uzun illər Azərbaycan diplomatik xidmətində çalışıb. O, indiyədək Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
Qeyd edək ki, həmin gün imzalanan digər sərəncamla Əlimirzamin Əskərov Tacikistandakı səfir vəzifəsindən geri çağırılıb, Elxan Qəhrəman isə bu vəzifəyə təyin olunub.
Bakıvaxtı.az onun fotosunu təqdim edir.
Murad İsmayıl
Bakı 




