• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Fransada havanın temperaturu rekord həddə çatdı

DÜNYA

29 Iyul 2026 | 20:02 | Müəllif: Subhan Mahmudov

Fransada havanın temperaturu rekord həddə çatdı

Avropanı isti hava dalğası bürüyüb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakovanın teleqram kanalında məlumat verib.

Bildirilib ki, İspaniyada temperatur 41°C-yə çatıb.

Ən yüksək temperatur İspaniyanın Toledo şəhərində qeydə alınıb. Fransanın Bordo şəhərində hava temperaturu rekord həddə – 37,1°C-yə yüksəlib (bu, 1921-ci ildə qeydə alınmış 35,8°C-lik əvvəlki rekordu üstələyib). Bununla belə, həmin bölgədə yüksək temperaturlar tez-tez meşə yanğınları ilə müşayiət olunur. Yaxın günlərdə Fransada istilərin bir qədər azalacağı gözlənilir, lakin hələlik yağıntı proqnozlaşdırılmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026