• Bakı 27° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Hərraclarda iştirak etmək istəyənlərin DİQQƏTİNƏ!

İQTİSADİYYAT

29 Iyul 2026 | 19:26

Hərraclarda iştirak etmək istəyənlərin DİQQƏTİNƏ!

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 54 nəqliyyat vasitəsi satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bunlardan 53-ü Daxili İşlər Nazirliyinə məxsus nəqliyyat vasitələri olub.

Məlumata görtə, nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti hərraclar 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.

Avqustun 4-də keçiriləcək hərraca start qiyməti 172 500 manat olan "Point Brower D" markalı gəmi də təklif olunur.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər bu saytlardan seçim edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR