• Bakı 26° C

    13.87 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Gürcüstanda yeni nazirlik yaradılır

DÜNYA

29 Iyul 2026 | 21:33

Gürcüstanda yeni nazirlik yaradılır

Gürcüstan hökumətimdə dəyişiklik edilir. Bu il sentyabrın ilk həftəsindən hüquq-mühafizə işləri üzrə dövlət naziri vəzifəsi ləğv olunacaq. Onun əvəzinə regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılacaq.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze axşam saatlarında keçirdiyi brifinqdə söyləyib.

“Gürcüstanda regional siyasətin effektiv şəkildə həyata keçirilməsi bu gün dövlət üçün çox vacib bir vəzifədir. Mamuka Mdinaradze müstəsna siyasi və idarəetmə təcrübəsi olan bir siyasətçi kimi bunu ən yaxşı şəkildə yerinə yetirə bilir” -deyə İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin qeyd edib ki, bu gün dövlətin ən vacib çağırışlarından və vəzifələrindən biri regional siyasəti gücləndirməkdir. Onun sözlərinə görə, regional siyasət üzrə dövlət naziri vəzifəsinin tətbiqi ilə Gürcüstanın Regional İnkişaf Nazirliyi mahiyyət etibarilə öz məqsədini itirir və müvafiq olaraq sentyabr ayında ləğv ediləcək. Regional inkişaf naziri vəzifəsini icra edən Kaxa Quledani Gürcüstanın infrastruktur nazirinin birinci müavini vəzifəsini tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR