Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından iki gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandan zəruri idxala qoyduğu son qadağaları tənqid edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, o, bildirib ki, bu qadağalar Avrasiya İqtisadi Birliyinin (AİB) iflic olması deməkdir:
“Bu, Ermənistanın deyil, AİB-in problemidir, çünki məlum qərar faktiki olaraq Avrasiya İqtisadi Birliyinin iflic vəziyyətində olması və fəaliyyət göstərməməsi deməkdir. Əgər bu problem tez bir zamanda həll olunmazsa, mən bunun AİB-in sonunun başlanğıcı olacağını proqnozlaşdırıram”.
Qeyd edək ki, iyun ayının sonunda Baş nazir N.Paşinyan Rusiyanın və AİB-in digər üç üzv dövlətinin, Rusiyanın rəhbərlik etdiyi ticarət blokunun "mövcud olub-olmadığını" aydınlaşdırmalı olduğunu bildirdi. Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamanı “demaqogiya” adlandırdı.
Aydın
Bakı 



