• Bakı 24° C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

FIFA Nepalı futbol dünyasından sildi

İDMAN

30 Iyul 2026 | 16:48

FIFA Nepalı futbol dünyasından sildi

Nepal yığması tarixində ilk dəfə Cənubi Asiya çempionatında iştirak etməyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" nəşri xəbər yayıb.

Buna səbəb Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən Nepal Futbol Assosiasiyasının nizamnamə pozuntuları səbəbindən üzvlükdən çıxarılmasıdır.

Cənubi Asiya Futbol Federasiyasının (SAFF) təşkilatçılığı ilə keçirilən turnirin 4-17 noyabr tarixlərində Banqladeşin paytaxtı Dəkkədə baş tutması planlaşdırılır.

Məlumata əsasən, yarışın vaxtı və məkanı açıqlansa da, SAFF Nepalın yoxluğunda çempionatın necə təşkil olunacağına dair detalları dəqiqləşdirməyib.

Nepal millisi sonuncu rəsmi oyununu martın 31-də Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Laos yığmasına qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.

Ölkə çempionatının dayandırılması, FIFA-nın cəzası və bir çox futbolçunun xaricə üz tutması səbəbindən Nepalda ən populyar idman növü ciddi böhranla üzləşib.

Qeyd edək ki, FIFA Nepal yığmasına və klublarına beynəlxalq yarışlarda iştirak qadağası qoyub. Asiya ölkəsi FIFA, eləcə də Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramlarında, təlim və ya kurslarında iştirak imkanını itirib.

Ölkənin sərt cəza almasına futbol assosiasiyasındakı seçki prosesi ilə bağlı tərəflər arasında yaranmış münaqişə və seçkidə üçüncü tərəflərin müdaxiləsi səbəb göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR