• Bakı 26° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ

CƏMİYYƏT

30 Iyul 2026 | 15:20

Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ

Ukraynada Azərbaycan dənizçilərinin olduğu gəmi bu gün dron hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.

Qeyd olunub ki, Odessa limanı yaxınlığında "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə üç pilotsuz uçuş aparatı (PUA) zərbə endirib və nəticədə layner ciddi ziyan görüb. Hazırda gəminin Rumıniyanın Sulina limanına yaxınlaşdığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, gəmidə 13 nəfərlik heyət olub. Onlardan biri Türkiyə, 12-si isə Azərbaycan vətəndaşıdır.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026