• Bakı 23° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Misirdə motosiklet su kanalına aşdı: 9 uşaq öldü

DÜNYA

30 Iyun 2026 | 21:25

Misirdə motosiklet su kanalına aşdı: 9 uşaq öldü

Misirin Asyut vilayətinin Əbutic rayonunda kənd təsərrüfatı işlərindən qayıdan uşaqları daşıyan üçtəkərli yük motosikletinin su kanalına aşması nəticəsində 9 uşaq ölüb, 4-ü isə xəsarət alıb.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Əbutic rayonu ərazisindən keçən Qərbi Nəcm Həmmadi su kanalında baş verib.

İlkin məlumata görə, nəqliyyat vasitəsində ümumilikdə 13 uşaq olub. Onlar kənd təsərrüfatı sahələrində işlərini başa vurduqdan sonra geri qayıdarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kanala aşıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici qüvvələr cəlb edilib. Həlak olanların meyitləri və yaralılar Əbutic Mərkəzi Xəstəxanasına çatdırılıb. Xilasedicilər yerli sakinlərlə birgə axtarış-xilasetmə işləri aparıblar.

İlkin araşdırmalar nəticəsində hadisədə kriminal əlamətlərin aşkar edilmədiyi bildirilib.

Faktla bağlı cinayət işi açılıb, Misirin Baş Prokurorluğunun göstərişi ilə hadisənin səbəb və təfərrüatları araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR