• Bakı 23° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

"Sabah" bu futbolçu ilə vidalaşdı

İDMAN

30 Iyun 2026 | 17:21

Sabah bu futbolçu ilə vidalaşdı

"Sabah" futbolçu İqor Noqeyra ilə yollarını ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Noqeyra 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışıb. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra "Sabah"la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR