• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

"Real Madrid" "Fənərbaxça" ilə maraqlanan Qarsiyanı rekord qiymətə satır

İDMAN

30 Iyul 2026 | 17:12

Real Madrid Fənərbaxça ilə maraqlanan Qarsiyanı rekord qiymətə satır

Hələ də hücumçu axtarışında olan "Fənərbaxça" bu yay transfer pəncərəsi zamanı "Real Madrid"in gənclər akademiyasından keçən hücumçu Qonsalo Qarsiya ilə maraqlanırdı.

Bakıvaxtı.az xəbər verir ki, Joze Mourinyo tərəfindən heyətə daxil edilmədiyi düşünülən gənc hücumçu komandadan ayrılmağa hazırlaşır.

İspaniyanın "COPE" qəzetində yer alan xəbərə görə, "Real Madrid" Premyer Liqa komandası olan "Fulham"la Qonsalo Qarsiyanın transferi ilə bağlı razılığa gəlib.

Məlumatda deyilir ki, İspaniya klubu Qonsalo Qarsiyanın transfer haqqının 70%-i müqabilində "Fulham"dan 40 milyon avro alacaq.

Keçən mövsüm "Real Madrid"də çalışan və hazırda "Fulham"a rəhbərlik edən Alvaro Arbeloanın keçmiş tələbəsinin transferində çox maraqlı olduğu bildirilir.

22 yaşlı hücumçu ötən mövsüm "Real Madrid"də 39 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR