• Bakı 25° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Bu ölkələrə armud tədarük edəcəyik

CƏMİYYƏT

30 Iyun 2026 | 14:03

Bu ölkələrə armud tədarük edəcəyik

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,78 milyon ABŞ dolları dəyərində 2 853 ton armud ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,71 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 19 % çox) 2 725 ton (+40 %), Qazaxıstana 47 min ABŞ dolları dəyərində (+21 %) 90,4 ton (+10 %), Gürcüstana 7,4 min ABŞ dolları dəyərində 15 ton (1 il əvvəl tədarük olmayıb), Suriyaya 7,33 min ABŞ dolları dəyərində 11,3 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3,1 min ABŞ dolları dəyərində (-81 %) 6 ton (-75 %) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana (1,34 min ABŞ dolları dəyərində 3,4 ton) və Suriyaya tədarük həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR